Beyləqanda mikroavtobus dərəyə aşıb: Ölən və yaralılar var

Beyləqanda mikroavtobus dərəyə aşıb:  Ölən və yaralılar var
  04 Yanvar 2021    Oxunub:1895
Beyləqan rayonunda yol qəzası baş verib.
Azvision.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Beyləqan rayonunun İkinci Aşıqlı kəndində “Mercedes” markalı mikroavtobusun dərəyə aşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 4 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN   Qəza  





Xəbər lenti