Polisdən əməliyyat: 25 kq narkotik ələ keçirildi

   Polisdən əməliyyat:    25 kq narkotik ələ keçirildi
  03 Yanvar 2021    Oxunub:1405
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsi ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, əməliyyat zamanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Z.Şahverdiyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 8 qrama yaxın marixuana, evinə baxış zamanı isə oradan da əlavə olaraq 25 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DİN   Narkotik   Əməliyyat  





Xəbər lenti