Kafe sahibi və müştəriləri cərimələndi

Kafe sahibi və müştəriləri cərimələndi
  02 Yanvar 2021    Oxunub:1609
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yanvarın 1-də Xırdalan şəhəri ərazisində karantin qaydalarını pozaraq fəaliyyət göstərən kafe aşkar edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, kafeni işlədən A.Salahovun və orada olan 6 müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq olunub.

Azvision.az


Teqlər: DİN   Kafe  





Xəbər lenti