Velosiped oğruları ələ keçdi

Velosiped oğruları ələ keçdi
  02 Yanvar 2021    Oxunub:1384
Bakıda oğurluq edən şəxslər yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş M.Kazımovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisində M.Hacalıya məxsus velosipedi oğurlaması da müəyyən edilib.

Bundan başqa, Bakı şəhər sakini P.Məmmədov dekabrın 30-da velosipedinin oğurlanması ilə bağlı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə müraciət edib. .

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunan E.Hüseynov saxlanılıb.


Azvision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti