Əcnəbi vətəndaş külli miqdarda narkotiklə tutuldu

 Əcnəbi vətəndaş külli miqdarda narkotiklə tutuldu
  02 Yanvar 2021    Oxunub:1648
Biləsuvarda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əcnəbi vətəndaş saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb.

Ətrafında aparılmış tədbirlərlə onun Çaylı kəndi ərazisində yolun kənarında narkotik vasitələr gizlətdiyi müəyyən edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun gizlətdiyi 22 kiloqram 30 qram heroin, 2 kiloqram 630 qram metamfetamin, 1 kiloqram 450 qram metadon və tramadol həbləri polis əməkdaşları tərəfindən həmin yerdən aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti