Qubada ev əşyaları ilə birgə yandı

Qubada ev əşyaları ilə birgə yandı
  02 Yanvar 2021    Oxunub:1566
Quba rayonunun İkinci Nügədi kəndində ümumi sahəsi 60 m² olan birmərtəbəli taxta konstruksiyadan ibarət ev və içərisindəki əşyalar yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti