Maşınlara qənim kəsilən şəxs tutuldu

Maşınlara qənim kəsilən şəxs tutuldu
  30 Dekabr 2020    Oxunub:1395
Xəzər rayonunda avtomobillərdən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, rayon ərazisində iki avtomobildən maqnitofon və akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Ablasanov Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Onunla bağlı aparılan tədbirlər nəticəsində həmin şəxsin daha bir sexdən təmir-tikinti alətləri, bir evdən qapı və M.Ramazanova məxsus velosipedi oğurlaması da müəyyənləşdirilib.

Faktla əlaqədar təhqiqat davam etdirilir.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti