Evdən 5 min manatlıq oğurluq edilib

Evdən 5 min manatlıq oğurluq edilib
  30 Dekabr 2020    Oxunub:1307
Bakıda evdə oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 200 manat pul, sənəd və 4 560 manat dəyərində noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Kərimov saxlanılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti