Füzuli və Gəncədə yanğın olub

Füzuli və Gəncədə yanğın olub
  29 Dekabr 2020    Oxunub:1417
Füzuli rayonunun Böyük Bəhmənli kəndində yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 132 m² olan kürsülü birmərtəbəli 5 otaqlı evin 1 otağının yanar konstruksiyaları 30 m² sahədə və digər otağının tavanı 60 m² sahədə yanıb.

Digər yanğın hadisəsi Gəncə şəhərinin Nizami rayonunda qeydə alınıb. Belə ki, ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti