Bir gündə 3 piyada yol qəzasının qurbanı oldu

Bir gündə 3 piyada yol qəzasının qurbanı oldu
  28 Dekabr 2020    Oxunub:952
Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində Bakı şəhər sakini O.Tağıyev idarə etdiyi “Land Rover” markalı avtomobillə yolu keçən Ağsu rayon sakini İkram İsmayılovu vurub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Anoloji hadisə Yasamal rayonunun Bakı-Kənar dairəvi yolunun 1-ci km-də qeydə alınıb. Belə ki, Bakı şəhər sakini M.Nəğdi idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən Şirvan şəhər sakini Zərnigar Şəkərlini vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bundan başqa, Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində qəsəbə sakini N.Osmanov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən həmyerlisi Tamella Alışanbəylini vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Hər üç faktla bağlı araşdırma aparılır.


Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti