Ata və oğlu yol qəzasında öldü

Ata və oğlu yol qəzasında öldü
  28 Dekabr 2020    Oxunub:1219
Kürdəmir şəhəri ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, dekabrın 27-də saat 8 radələrində Kürdəmir şəhəri ərazisində Laçın rayon sakini Arzuman Quliyevin idarə etdiyi “VAZ-21074” və Xırdapay kənd sakini X.Cavadovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub.

Yol qəzası nəticəsində A.Quliyev və sərnişini olan atası İlqar hadisə yerində ölüblər. Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti