“Samux vadisi”ndə karantini pozdular

“Samux vadisi”ndə karantini pozdular
  28 Dekabr 2020    Oxunub:1554
Mingəçevir Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər ərazisində yerləşən “Samux vadisi” adlı kafenin xüsusi karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi məlum olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, obyektə baxış zamanı icarədar və müştərilərin karantin qaydalarını pozduqları müəyyən edilib.

Həmin şəxslər - kafeni icarə əsasında işlədən Mingəçevir şəhər sakini Fuad Abdullayev və müştəriləri Polis Şöbəsinə gətiriliblər.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və cərimələniblər.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti