Abşeronda avtomobil işıq dirəyinə çırpıldı

Abşeronda avtomobil işıq dirəyinə çırpıldı
  28 Dekabr 2020    Oxunub:1193
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunda “Ravon” markalı minik avtomobilinin yol kənarındakı işıq dirəyinə çırpılması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: FHN   Qəza  





Xəbər lenti