Hava yağmursuz keçəcək

Hava yağmursuz keçəcək
  28 Dekabr 2020    Oxunub:1528
Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Azvision.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz şimal küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5°, gündüz 8-10° isti, Bakıda gecə 2-4°, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 771 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80 , gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 3-8° isti olacağı ehtimal edilir.

Azvision.az


Teqlər: Hava   Proqnoz  





Xəbər lenti