Salyanda ikimərtəbəli evdə yanğın olub

Salyanda ikimərtəbəli evdə yanğın olub
  27 Dekabr 2020    Oxunub:1298
Salyan rayonunun Kürkənd kəndində yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 240 m² olan ikimərtəbəli evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 24 m² sahədə yanıb, digər otağın tavanı 24 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın   Salyan  





Xəbər lenti