Kürdəmirdə “KAMAZ” “VAZ”la toqquşdu, 2 nəfər öldü

Kürdəmirdə “KAMAZ” “VAZ”la toqquşdu,    2 nəfər öldü
  27 Dekabr 2020    Oxunub:1562
Kürdəmirdə iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Azvision.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

Kürdəmir rayon sakini Xaliq Durmuş oğlu Cavadovun idarə etdiyi “KAMAZ” markalı yük maşını hərəkətdə olarkən əks istiqamətdən gələn, 29 yaşlı Arzuman İlqar oğlu Quliyevin idarə etdiyi VAZ-2107 markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində A.Quliyev və sərnişini, 53 yaşlı İlqar Səməd oğlu Quliyev həlak olublar.

Qəzanın səbəbləri araşdırılır.

Azvision.az


Teqlər: Kürdəmir   Qəza  





Xəbər lenti