Mədəniyyət Mərkəzindən 27 minlik oğurluq edilib

Mədəniyyət Mərkəzindən 27 minlik oğurluq edilib
  26 Dekabr 2020    Oxunub:1279
Bərdə rayonu ərazisində inşa edilən Mədəniyyət Mərkəzindən oğurluq olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının əməliyyat keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 22-dən 25-dək olan müddətdə rayon ərazisində inşa edilən Mədəniyyət Mərkəzindən 27.600 manat dəyərində armatur oğurlanmaqda şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş V.Quliyev saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti