Rusiyada virusa yoluxanların sayı üç milyonu keçdi

Rusiyada virusa yoluxanların sayı üç milyonu keçdi
  26 Dekabr 2020    Oxunub:984
Rusiyada son sutka ərzində koronavirusa 29 258 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 3 021 964 nəfərə çatıb.

Rusiyada son sutkada 567 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 54 226 nəfərdir. İndiyədək 2 426 439 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus   Pandemiya  





Xəbər lenti