Mingəçevirdə yanğın, iki nəfər tüstüdən zəhərləndi

 Mingəçevirdə yanğın,  iki nəfər tüstüdən zəhərləndi
  26 Dekabr 2020    Oxunub:1582
Mingəçevir şəhərində yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 47 m² olan mənzildə tavan (lambirdən ibarət) 5 m² sahədə və ev əşyaları yanıb.

Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənmiş vəziyyətdə yanğınsöndürənlər tərəfindən xilas edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti