17 min kubmetrdən çox təhlükəli tibbi tullantı yandırılıb

17 min kubmetrdən çox təhlükəli tibbi tullantı yandırılıb
  25 Dekabr 2020    Oxunub:1387
Ötən dövr ərzində 70-dən çox müəssisədən pandemiya ilə bağlı 17 min kubmetr həcmində tibbi tullantılar toplanıb.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, tibbi tullantılar bir sıra regionlarda - Bakı, Quba, Ağdaş və digər yerlərdəki xüsusi qurğularda 850-1200 dərəcə temperaturda yandırılıb.

"Onun külü ətraf mühitə atılmır. Bu günə qədər 313 kubmetr tibb tullantıdan əmələ gəlmiş kül təhlükəli tullantılar poliqonunda basıdırılıb".

Aytən Zəhra
Azvision.az


Teqlər: ETSN  





Xəbər lenti