Karantin rejimini pozub qumar oynadılar

Karantin rejimini pozub qumar oynadılar
  25 Dekabr 2020    Oxunub:1320
Cəlilabadda karantik qaydalarını pozan kafe aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində şəhər sakini H.Rzayevin özünə məxsus “Okean” kafesində 10 nəfərin iştirakı ilə qumarxana təşkil etməsi müəyyən edilib.

H.Rzayev saxlanılıb, digər şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 228-ci, 333-cü və 525-ci maddələri ilə inzibati protokollar tərtib edilib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti