Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan
Azvision.az -a verilən məlumata görə, Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayonun Cəngi qəsəbəsində yerləşən eyniadlı kafedə müştərilərə yerində xidmət göstərildiyi müəyyən olunub. Kafeni işlədən şəxs və orada olan müştərilər Polis Şöbəsinə dəvət edilib.
Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.
Azvision.az