Su hövzəsində batan qadının meyiti tapıldı

Su hövzəsində batan qadının meyiti tapıldı
  22 Dekabr 2020    Oxunub:1408
Ağdam rayonu ərazisində yerləşən su hövzəsində qadın batıb.
Azvision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Ağdam rayonunun İkinci Baharlı qəsəbəsində su hövzəsində aşkar edilmiş 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunan Qarabağ Regional Mərkəzinin xilasediciləri 1965-ci il təvəllüdlü Həsənova Zibeydə İbad qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti