Ucarda yol qəzasında iki nəfər öldü

Ucarda yol qəzasında iki nəfər öldü
  22 Dekabr 2020    Oxunub:1236
Ucarda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində piyada həlak olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, rayonun Alpı kəndi ərazisində Goranboy rayon sakini Araz Bayramov idarə etdiyi “VAZ-21124” markalı avtomobili yol kənarındakı avtobus dayanacağına vurub. Nəticədə sürücü və bir sərnişini hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti