Axtarışda olan 150 nəfər saxlanılıb

Axtarışda olan 150 nəfər saxlanılıb
  22 Dekabr 2020    Oxunub:1230
Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 13 cinayətin üstünü “isti izlər”lə açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış yeddi cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 150 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 134 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli altı fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən yeddi nəfər saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti