Ağcabədidə ağır yol qəzası, ölən var

Ağcabədidə ağır yol qəzası, ölən var
  22 Dekabr 2020    Oxunub:1746
Ağcabədidə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Kürdəmir rayon sakini Şaiq Zərbəliyevin idarə etdiyi “Nissan” və Sumqayıt şəhər sakini H.İsmayılovun idarə etdiyi “Opel” markalı avtomobillər rayonun Nəcəfqulubəyli kəndi ərazisində toqquşub.

Qəza nəticəsində Ş.Zərbəliyev hadisə yerində ölüb, sərnişini olan oğlu və digər sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti