Gizli işləyən daha bir çayxana aşkarlandı

Gizli işləyən daha bir çayxana aşkarlandı
  21 Dekabr 2020    Oxunub:2252
Ağdaş şəhəri ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən çayxana aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər ərazisində Tamerlan Allahverdiyevin qanunsuz olaraq çayxana işlətdiyi məlum olub. Obyektə baxış zamanı orada olan on beş müştərinin də xüsusi karantin qaydalarını pozduqları müəyyən edilib.

İcarədar T.Allahverdiyev və müştərilər Polis Şöbəsinə dəvət olunub. Onların barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti