Tibb işçilərinə 1,4 milyon manat əlavə pul ödənildi

   Tibb işçilərinə 1,4 milyon manat əlavə pul ödənildi
  21 Dekabr 2020    Oxunub:1265
“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 noyabr 2020-ci il tarixli 442 nömrəli qərarına əsasən noyabr ayı üçün tibb işçilərinin əmək haqlarına müddətli əlavələr ödənilib.
Bu barədə Azvision.az -a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 1618 tibb işçisinə 1,4 mln manat məbləğində müddətli əlavə ödənilib.

Qeyd edilən işçilərin əmək haqlarına müddətli əlavələr iş vaxtına mütənasib olaraq verilib.

Azvision.az


Teqlər: Səhiyyə   Həkim   Ödəniş  





Xəbər lenti