Sumqayıtda "LADA", Bakıda "Mercedes" yandı

Sumqayıtda "LADA", Bakıda "Mercedes" yandı
  21 Dekabr 2020    Oxunub:1223
Sumqayıtda "LADA" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlığı yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Digər hadisə Bakıda qeydə alınıb. Belə ki, paytaxtın Xətai rayonunda "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Sumqayıt   Bakı   Yanğın   Maşın  





Xəbər lenti