Ramanada məişət tullantıları yanıb

Ramanada məişət tullantıları yanıb
  19 Dekabr 2020    Oxunub:2014
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində açıq sahədə yanğın olması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata əsasən, gölə yaxın açıq ərazidə təqribən 70 m² sahədə təkər və məişət tullantıları yanıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Ramana   Yanğın   FHN  





Xəbər lenti