Cəbrayılda təhlükəsizlik tədbirləri gücləndirilir - FOTO

   Cəbrayılda təhlükəsizlik tədbirləri gücləndirilir -    FOTO
  19 Dekabr 2020    Oxunub:1893
Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş Cəbrayıl rayonunda təhlükəsizlik tədbirləri gücləndirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Cəbrayıl rayonunun ərazisində Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları xidməti fəaliyyətini davam etdirir.

Rayon ərazisində postlar qurulub, təhlükəsizliyə tam olaraq nəzarət edilir.









Azvision.az


Teqlər: Cəbrayıl   DİN  





Xəbər lenti