Qazi Elçin Səmədovun ailəsinə ev verildi - FOTO

   Qazi Elçin Səmədovun ailəsinə ev verildi -    FOTO
  19 Dekabr 2020    Oxunub:9815
Müharibədə çoxsaylı qəlpə yarası almış Elçin Səmədovun ailəsinin (Qəbələ) ağır məişət şəraiti olan vaqon evdə yaşadığı nəzərə alınmaqla, sosial tərəfdaşın dəstəyi ilə ailənin mənzillə təmin edilməsi qərara alınıb.
Bu barədə Azvision.az -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.



Bildirilib ki, nazirliyin sosial tərəfdaşı olan şirkət tərəfindən ailəyə artıq üçotaqlı mənzil təqdim edilib.

Elçinin anası isə işsiz olduğu üçün öz istəyi ilə sosial xidmət sahəsində işlə təmin edilib.







Azvision.az


Teqlər: Qazi   Ev   Qəbələ   Ailə  





Xəbər lenti