Daha bir koronaviruslu xəstəyə evini tərk edib

Daha bir koronaviruslu xəstəyə evini tərk edib
  19 Dekabr 2020    Oxunub:1594
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə koronavirus infeksiyasına yoluxmuş şəxsin yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə, şəhər sakini Nazilə Padarovaya sanitar-karantin rejimi qaydaları izah olunmasına və polis əməkdaşları tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, yaşadığı evi tərk edib. Polislər tərəfindən onun olduğu yer müəyyən olunub və tibbi prosedurlar da gözlənilməklə koronavirus xəstələrinin müalicə aldığı xəstəxanaya yerləşdirilib.

Digərlərinin də sağlamlığı üçün real təhlükə yaradan N.Padarova barəsində Balakən Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb.


Azvision.az



Teqlər: DİN   Koronavirus  





Xəbər lenti