Narkotik satan keçmiş məhkum tutuldu

Narkotik satan keçmiş məhkum tutuldu
  18 Dekabr 2020    Oxunub:1773
Masallı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən keçmiş məhkum saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş E.Səlimbəyli Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Binəqədi rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 100 qrama yaxın heroin, rayon ərazisindəki yaşadığı evə baxış zamanı isə əlavə olaraq 1 kiloqramdan artıq heroin, 272 qrama yaxın tiryək, 240 qramdan artıq metamfetamin, 660 ədəd preqabalin, 2240 ədəd metadon həbi və 2 elektron tərəzi aşkarlanıb götürülüb.

Faktla bağlı təhqiqat aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti