Hacıqabulda velosiped oğrusu ələ keçdi

Hacıqabulda velosiped oğrusu ələ keçdi
  17 Dekabr 2020    Oxunub:1558
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində vətəndaşlara məxsus velosipedləri oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, dekabr ayında bir qrup rayon sakini RPŞ-yə ərizə ilə müraciət edərək onlara məxsus velosipedlərin oğurlanması barədə məlumat verib.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini Əkbər Müzəffərov saxlanılıb. Araşdırmalarla onun 2 ədəd velosiped oğurlamaqla sakinlərə 600 manatdan artıq ziyan vurduğu müəyyən edilib. Dindirilmə zamanı həmin şəxs törətdiyi oğurluq əməllərini etiraf edib.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir. Onun digər oğurluq əməllərində iştirakı istisna edilmir.


Azvision.az



Teqlər: DİN  





Xəbər lenti