Xaçmazda karantinlə bağlı reydlər davam edir

Xaçmazda karantinlə bağlı reydlər davam edir
  17 Dekabr 2020    Oxunub:978
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq tibbi maskalardan istifadə etməyən şəxslərə qarşı reydlər keçirilir.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, qaydalara riayət etməyən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.

Həmçinin yaşayış yerini tərk edən vətəndaşların SMS icazələrinin olub-olmaması da yoxlanılır, müvafiq qaydada icazə almadan yaşadıqları ünvanları tərk edən şəxslərlə profilaktiki söhbətlər aparılaraq, onlara sərtləşdirilmiş karantin rejiminin tələbləri çatdırılır.

Bundan əlavə rayonun giriş və çıxışlarında karantin postları qurulub. Rayon ərazisinə daxil olmaq istəyən sürücü və sərnişinlərin sənədləri polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən yoxlanılır, xüsusi icazələri olmadan rayon ərazisinə daxil olmaq istəyən şəxslər isə yaşadıqları ünvanlara geri qaytarılırlar.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti