Bölgənin Facebook-da ən populyar prezidenti – RƏQƏMLƏR

Bölgənin Facebook-da ən populyar prezidenti – RƏQƏMLƏR
  12 Fevral 2014    Oxunub:1089
Socialbakers-in hesabına görə, Facebook sosial şəbəkəsində Azərbaycanın dövlət başçısı İlham Əliyevin fəaliyyətinə həsr olunmuş səhifənin abunəçilərinin sayı 218,047 nəfəri yerli olmaqla 282,147 nəfər təşkil edir.
Eyni zamanda, İlham Əliyevin fəaliyyətinə həsr olunmuş Facebook səhifəsi Azərbaycan üzrə Siyasət bölməsinin də lideridir. İkinci yerdə “Elektron hökumət”in Facebook səhifəsi qərarlaşıb. Onun abunəçilərinin sayı 120,486-dır.

Bundan əlavə, Azərbaycanın dövlət başçısı Twitter sosial şəbəkəsində 2 rəsmi hesaba malikdir. Hesablar oxucularının sayı 70,7 min nəfər olan Azərbaycan və ingilis dillərindədir (60,5 min abunəçi). Ümumilikdə mikrobloqlar yarandığı gündən onlara müvafiq olaraq 1,570 və 1,279 min tvit qoyulub.

Həmçinin prezident İlham Əliyevin fəaliyyəti ilə maraqlanan internet istifadəçilərinin dövlət başçısının çıxışlarını YouTube kanalı vasitəsi ilə izləmək, eyni zamanda Google Maps-in köməkliyi ilə onun səfərlərinin coğrafiyasını öyrənmək, iPhone, iPad və Android istifadəçiləri üçün xüsusi proqramlar vasitəsilə Azərbaycan prezidentinin rəsmi saytının mobil versiyasından istifadə etmək imkanları var.

Socialbakers-in hesabına görə, Gürcüstanda Facebook-un Siyasət bölməsində sabiq baş nazir Bdzina İvanişvilinin (315,134 min abünəçi, o cümlədən 210,307 min yerli) səhifəsi liderlik edir. Populyarlığına görə ikinci yerdə Mixail Saakaşvilinin hesabı (256,974 min abunəçi, 198,057 mini yerli olmaqla) qərarlaşıb.

Gürcüstanın hazırki prezidenti Georgi Marqvelaşvilinin rəsmi Facebook səhifəsi 110,871 min abunəçi toplayıb ki, onların da 104,742 mini yerlidir.

Socialbakers-in statistikasına görə, G.Marqvelaşvili Facebook-dakı hesabı Gürcüstan üzrə “Siyasət” bölməsində 4-cü yerdədir. Onun səhifəsi burada Gürcüstanın Təhsil və Elm Nazirliyinin səhifəsindən (110,871 min abunəçi) geri qalır.

Qeyd etmək lazımdır ki, Gürcüstan prezidenti G.Marqvelaşvili bu yaxınlarda seçilib, bu səbəbdən onun Facebook səhifəsinin populyarlığı tədricən artacaq. G.Marqvelaşvilinin YouTube-də kanalı da var. Lakin Twitter-də hesabı yoxdur.

Regionda aşkar autsayder olan Ermənistan prezidenti Serj Sarksiyanın Twitter-də hesabı var. Oxucularının sayı 252, tvitlərinin sayı isə 19-dur. Həmçinin S.Sarkisyanın YouTube-də kanalı da açılıb. Ermənistan prezidentinin Facebook-da səhifəsi yoxdur.

Göründüyü kimi, Azərbaycan prezidenti İlham Əliyev Cənubi Qafqaz ölkələri liderləri arasında sosial şəbəkələrin ən fəal istifadəçisidir. Bu, ölkə liderinin təkcə internet mühitdə deyil, həmçinin informasiyaya açıq olması, dövlət və cəmiyyətin həyatında fəal iştirakından xəbər verir (Gun.az).


Teqlər:





Xəbər lenti