Nazir müavini qazini ziyarət etdi

Nazir müavini qazini ziyarət etdi
  16 Dekabr 2020    Oxunub:2212
Erməni faşizmi üzərində tarixi zəfərimizin qəhrəmanlarımızdan biri də Abbas Abdullayevdir. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun 18 saylı regional ərazi filialının əməkdaşıdır.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, 44 günlük Vətən müharibəsində şərəfli döyüş yolu keçən Abbas döyüşlərin birində yaralanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov müalicə olunan qazi əməkdaşı ziyarət edib. Nazir müavini qaziyə göstərdiyi şücaətlərinə görə təşəkkür edib, tezliklə sağalaraq ayağa durmağı, öz iş yerinə qayıtmağı, fəaliyyətinə davam etməyi arzulayıb.

Azvision.az


Teqlər: ƏƏSMN   Nazir-müavini   Qazi   Görüş  





Xəbər lenti