Bu il 2842 əkiz, 96 üçəm doğulub

   Bu il 2842 əkiz, 96 üçəm doğulub
  16 Dekabr 2020    Oxunub:1288
Bu ilin yanvar-oktyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 106569 doğulan körpə qeydə alınıb.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 12,8 təşkil edib.

Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrdən 2842-si əkiz, 96-sı üçəm, 4-ü isə dördəm doğulanlardır.

Azvision.az


Teqlər: Statistika   Əkiz   Üçəm  





Xəbər lenti