Sumqayıtda anbarda yanğın olub

Sumqayıtda anbarda yanğın olub
  15 Dekabr 2020    Oxunub:1788
Sumqayıt şəhərində ümumi sahəsi 600 m² olan anbar kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin dam örtüyünün yanar konstruksiyaları 350 m² sahədə, içərisində olan avtomobil şinləri və ehtiyat hissələri yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Tikilinin qalan hissəsi və yaxınlıqdakı obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Sumqayıt   Anbar   Yanğın  





Xəbər lenti