Qubada sərt karantinə nəzarət gücləndirilib

Qubada sərt karantinə nəzarət gücləndirilib
  14 Dekabr 2020    Oxunub:1819
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus pandemiyası ilə əlaqədar həyata keçirilən sərt karantin rejimi qaydalarına riayət edilməsi istiqamətində bütün zəruri təxirəsalınmaz tədbirlər görülür.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları rayonun bütün küçə və prospektlərində, eləcə də parklarda vətəndaşlar ilə maarifləndirici söhbətlər apararaq onlara evdə qalmalarını tövsiyələr edirlər. Sakinlərə zərurət yarandığı halda yalnız icazə sistemi vasitəsilə icazə aldıqdan sonra yaşadıqları yerləri tərk etmələri izah olunub.

Azvision.az


Teqlər: Quba   DİN  





Xəbər lenti