Lənkəranda yanğın olub

Lənkəranda yanğın olub
  14 Dekabr 2020    Oxunub:2404
Lənkəran şəhərində ümumi sahəsi 7200 m² olan (hər mərtəbəsi 2400 m²) fəaliyyət göstərməyən üçmərtəbəli binanın birinci mərtəbəsinin dəhlizində döşəmə 30 m² sahədə yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Lənkəran   Yanğın   FHN  





Xəbər lenti