Karantin qaydalarını pozan çay evi aşkarlandı

Karantin qaydalarını pozan çay evi aşkarlandı
  14 Dekabr 2020    Oxunub:1833
Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri reydlər zamanı şəhər ərazisində yerləşən “Xan” çay evinin xüsusi karantin rejimi qaydalarına zidd olaraq həftəsonu fəaliyyət göstərdiyi aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, obyekti icarə əsasında işlədən Fərid Nəbizadə polis .öbəsinə dəvət edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunub.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti