Evdən çıxan daha bir “COVID-19” xəstəsi saxlanılıb

Evdən çıxan daha bir “COVID-19” xəstəsi saxlanılıb
  14 Dekabr 2020    Oxunub:1885
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə genişmiqyaslı tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində koronavirus testi pozitiv çıxmış və ev şəraitində müalicə təyin edildiyi halda rayon sakini S. Əliyev karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk etdiyi aşkar edilib.

Onun özünə məxsus mağazada faəliyyət göstərərək koronavirus xəstəliyinin yayılmasına real təhlükə yaratdığı müəyyən edilib. RPŞ-nin əməkdaşları həmin şəxslə profilaktiki səpkidə söhbətlər aparıb, karantin rejiminin tələblərinə riayət edilməsinin vacibliyi onun diqqətinə çatdırılıb.

S.Əliyev tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb. Yevlax RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti