Abşeronda ağır qəza: Azyaşlı öldü

Abşeronda ağır qəza: Azyaşlı öldü
  14 Dekabr 2020    Oxunub:2022
Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Abşeron rayonunun Saray qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini R.Məmmədovun idarə etdiyi “Hyundai” markalı yük və Bakı şəhər sakini D.Dadaşovun idarə etdiyi “Renault” markalı minik avtomobilləri toqquşub.

Nəticədə D.Dadaşovun sərnişinləri olan azyaşlı qızı Amina və Bakı şəhər sakini A.Qarayeva xəsarətlərlə xəstəxanaya yerləşdirilib, uşaq orada ölüb. Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti