Bakıda anbarda yanğın olub

Bakıda anbarda yanğın olub
  14 Dekabr 2020    Oxunub:1728
Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 120 m² olan bir dam altında tikilən obyektlərdən (avtomobil təmiri sexi, anbar və s. təyinatlı) sahəsi 100 m² olan anbarın dam örtüyü və içərisində olan ərzaq məhsulları 40 m² sahədə yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Tikilinin qalan hissəsi və mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Bakı   Anbar   Yanğın   FHN  





Xəbər lenti