Alpinistlərimiz 2783 metr yüksəklikdə xatirə lövhəsi yerləşdirdi - FOTO

Alpinistlərimiz 2783 metr yüksəklikdə xatirə lövhəsi yerləşdirdi -    FOTO
  14 Dekabr 2020    Oxunub:1610
Azərbaycan alpinistləri Vətən müharibəsi şəhidlərinin xatirəsini Böyük Qafqaz dağ silsiləsinin Qızıl Qaya massivində əbədiləşdirib.
Azvision.az xəbər verir ki, bir qrup alpinist Qızıl Qaya massivində dəniz səviyyəsindən 2783 metr yüksəklikdəki adsız yüksəkliklərin birində şəhidlərimizin şərəfinə xatirə lövhəsi yerləşdiriblər.



Xarıbülbül formasında olan xatirə lövhəsinin üzərinə Vətən müharibəsində şəhid olan hərbi qulluqçularımızın sayını əks etdirən 2783 rəqəmi həkk olunub.

Şahdağ Milli Parkının ərazisində, Xınalıq kəndi yaxınlığındakı zirvə Xınalıq-Qalaxudat səyahət marşrutunun üzərində yerləşir. Bu da gələcəkdə ərazidən keçən yerli və xarici turistlərin Vətən müharibəsi haqqında məlumatlandırılmasında mühüm rol oynayacaq.





Azvision.az


Teqlər: Alpinistlər   Xatirə   Lövhə  





Xəbər lenti