Baş Prokurorluq “YAŞAT” Fonduna 500 min manat köçürdü

 Baş Prokurorluq “YAŞAT” Fonduna 500 min manat köçürdü
  14 Dekabr 2020    Oxunub:2288
Azərbaycan Respublikasının Baş Prokurorluğu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 08 dekabr 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış “YAŞAT” Fonduna 500 min manat məbləğində vəsait köçürüb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, daim sosial həmrəylik nümayiş etdirən prokurorluq işçiləri ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə könüllü olaraq əmək haqlarının bir hissəsinin “YAŞAT” Fonduna ianə verilməsi qərarına gəliblər.

Azvision.az


Teqlər: Baş-prokurorluq   YAŞAT   Fond  





Xəbər lenti