Cəbrayılda Şərq çinarları əkildi

Cəbrayılda Şərq çinarları əkildi
  14 Dekabr 2020    Oxunub:1241
Növbəti ağacəkmə Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər Nazirliklərinin əməkdaşlarının iştirakı ilə Cəbrayıl şəhəri ərazisində keçirilib.
ETSN-nin Meşələrin İnkişafı Xidmətinin rəsmisi Mehman Səfərov Azvision.az -a bildirib ki, keçirilən ağacəkmə tədbirində karantin rejiminin tələblərinə əməl olunmaqla Şərq çinarları əkilib.

“Payız ağacəkmə kampaniyası çərçivəsində işğaldan azad olunmuş Füzuli, Ağdam, Zəngilan və Qubadlı rayonlarının ərazilərində də ağacəkmə tədbirləri keçirilib, yerli şəraitə uyğun müxtəlif cinsli ağaclar əkilib və meşəcinsli ağac toxumları səpilib. Respublikanın bütün bölgələrində əkin-bərpa işləri davam edir”, - deyə M.Səfərov qeyd edib.





Azvision.az


Teqlər: Cəbrayıl   Çinar   Ağac   Əkin   ETSN  





Xəbər lenti