Evdən icazəsiz çıxan koronaviruslu xəstə saxlanıldı

Evdən icazəsiz çıxan koronaviruslu xəstə saxlanıldı
  14 Dekabr 2020    Oxunub:1120
Ağstafada evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq araşdırmalar nəticəsində rayonun Poylu qəsəbə sakini Hidayət Hüseynovun koronavirus testinin nəticəsinin pozitiv çıxmasını bilə-bilə, özünütəcrid tədbirlərinə uyğun davranmalı, digər şəxslərlə az təmasda olmalı, insanların sıx toplaşdığı yerlərə getməməli olduğu halda yaşadığı evi tərk etməsi aşkarlanıb.

Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə H. Hüseynov evə göndərilib, barəsində RPŞ-də araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti